• $
  • €
  • ₽
  • ₺
  • £

Bərpa olunan enerji üzrə qanunvericiliyin hazırlanmasında dövlət - özəl əməkdaşlığı müzakirə edilib

Bərpa olunan enerji üzrə qanunvericiliyin hazırlanmasında dövlət - özəl əməkdaşlığı  müzakirə edilib
05.03.2019 18:02
Energetika Nazirliyinin təşkilatçılığı, müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və maliyyə qurumlarının nümayəndələrinin iştirakı ilə bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığına dair növbəti dəyirmi masa keçirilib. 

Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, hazırda bərpa olunan enerji sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, enerji alqı-satqı müqavilələrinin, hərrac mexanizmlərinin hazırlanması istiqamətində mühüm addımlar atılır və investorların maraqlarının təmin edilməsi, risklərin qiymətləndirilməsi ilə bağlı təkliflər nəzərə alınaraq tədbirlər görülür. 

DNV-GL şirkətinin eksperti İlka Levinqton isə bərpa olunan enerji sahəsində müvafiq normativ hüquqi aktların hazırlanması ilə bağlı görülən işlər barədə məlumat verib. O, zəmanətli tarif sisteminin, vergi və gömrük güzəştlərinin tətbiqini,  bərpa olunan enerji ilə bağlı layihələrə dəstəyi vacib sayıb. 
Tədbirdə ekspertlər tərəfindən bərpa olunan enerji mənbələri üzrə seçilmiş ərazilərin hərraca çıxarılması, qarışıq hərrac modelinin tətbiqinin öyrənilməsi, sadələşdirilimiş lisenziya və icazə ilə bağlı təkliflər mexanizminin hazırlanması, əlavə maliyyə mənbələrindən istifadə edilməsi və pərakəndə tarif qiymətlərinin nəzərə alınması kimi təkliflər irəli sürülüb. 

Sonra "Bərpaolunan enerji hərracları” mövzusunda təqdimat dinlənilib. Bildirilib ki, ilkin olaraq 1000 MVt-dək güc üçün ərazilər müəyyən edilib ki, bu ərazilərdə 600 MVt-lıq külək, 400 MVt-lıq isə günəş elektrik stansiyaları tikmək mümkündür. İndiyə kimi bərpa olunan enerji potensialına malik 20-yə yaxın ərazi müəyyən edilib və texniki təhlillər aparılıb. Həmin ərazilərdə şəbəkələrin stansiyalara qoşulma imkanları, ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri ilə bağlı məlumatlar da diqqətə çatdırılıb.

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol