Dönər satıcıları dövlətin qadağalarını veclərinə almır - ANN VİDEO

Bakı küçələrində tez-tez məşhur şərq yeməkləri olan şaurmanın və dönərin satıldığı obyektləri görmək mümkündü. Bu yeməklərin hazırlanması üçün müxtəlif növ məhsullardan istifadə edir, ya çörəkdə, ya da lavaşda satırlar. Mütəxəssislərin sözlərinə görə şaurma və dönər hazırlanmasından və tərkibinə qatılan inqrediyentlərdən asılı olaraq insan sağlamlığına ziyan vura bilər.
Küçələrdəki obyektlərdə şaurmanı və dönəri 5-10 dəqiqəyə hazırlayırlar, bu da onları fas-fud adlandırmaq üçün kifayətdir. Yeməyin içində 120 qram ət olur, bu da gündəlik norma hesab ediləndən 2 dəfə çoxdur.
Küçədə satılan şaurma və dönərdən çox istifadə artıq çəkinin və ürək-damar xəstəliklərinin yaranması üçün ideal vasitədir. Digər tərəfdən, xeyli müddət küçənin toz-torpağına yaxın qaldığından belə yeməklərin içindəki inqrediyentlər ciddi şəkildə korlana bilər, bu da mədə-bağırsaq üçün olduqca ziyanlıdır.
Bakıda toyuq dönəri satmaq isə ümumiyyətlə dövlət tərəfindən qadağan edilib. Ancaq ANN.Az-ın apardığı araşdırmaya görə, dönər-kabab və şaurma satanların əksəriyyəti bu qadağanı görməzdən gəlirlər, alıcılar isə, bu yeyinti məhsullarının onların sağlamlığına ciddi təhlükə törətməsinə baxmayaraq, buna barmaqarası baxırlar. Bu barədə video-sorğunu sizlərə təqdim edirik.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























