• $
  • €
  • ₽
  • ₺
  • £

İş saatlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət olundu – Rəsmi

İş saatlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət olundu – Rəsmi
06.03.2019 17:58
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iş saatlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

Bu haqda BNA-nın mətbuat katibi Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, layihə təsdiqlənəcəyi təqdirdə pik saatlarda şəhər yollarında sıxlıq aradan qalxacaq:

"BNA tərəfindən Nazirlər Kabineti yanında yol hərəkətinin təhlükəsizliyi komissiyasına müvafiq təkliflər təqdim edilib. Düşünürük ki, bu təkliflər reallaşacağı təqdirdə, günün pik saatlarında şəhər yollarında nəqliyyat sıxlığını müəyyən qədər azaltmaq mümkün olacaq”.

M.Ağayev həmçinin, sıxlığın aradan qaldırılması üçün məktəblərdə servis avtobuslarının olmasının vacibliyini vurğulayıb: "Məktəblərdə servis avtobusların olması da vacib məsələdir. Bu gün aparılan təhlillər onu deməyə əsas verir ki, xüsusən də səhər pik saatlarında məktəblərin ətrafında dayanma və durma qaydalarının kütləvi pozulması halı müşahidə edilir. Nəticədə vətəndaşlarımız səhər saatlarında iş yerlərinə, dərsə və s. ünvanlara gecikmə, lüzumsuz əsəb və stresslə çatırlar. Bu səbəbdən də məktəblilər üçün servis avtobusları olarsa, bunun özü də tıxac və nəqliyyat sıxlığının azaldılması baxımından əhəmiyyətli olar”.

Mətbuat katibi deyib ki, məktəblərdə servis avtobuslarının istifadə edilməsi də BNA-nın gündəliyində olan prioritet məsələlərdəndir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol