• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda olay: Maskalı şəxs gecə evə başqın edib, 16 yaşlı qızı qaçırdı

Azərbaycanda olay: Maskalı şəxs gecə evə başqın edib, 16 yaşlı qızı qaçırdı
28.05.2020 22:07
Azərbaycanda adam oğurluğu faktı qeydə alınıb.

Anews.az trend-ə istinadən xəbər verir ki, hadisə İmişli rayon Əliqulular kəndində baş verib. Belə ki, gecə saat 04 radələrində kənddəki evlərdən birinə basqın edən 4 nəfər maskalı şəxs rayon sakini 2002-ci il təvəllüdlü Məmmədli Fədayə Sadiq qızını oğurlayıblar.

Oğurlanan qızın atası Sadiq Məmmədov Trend-ə bildirib ki, o hadisə vaxtı mal bazarında olub və cinayətkarlar həmin vaxt evə basqın ediblər:

"Mart ayının 4-dən 5-nə keçən gecə 4 nəfər şəxs Əliqulular kəndində olan evimə basqın ediblər. Evdə həmin vaxt qızımla birlikdə anası, nənəsi və xalası olublar. Onlar birinci həyətə daxil olaraq iti öldürüblər, daha sonra isə evə giriblər. Bu zaman səsə oyanan anamı ağzından tutaraq boğmaq istəyiblər. Digər qadınları isə döyüblər. Məhz bundan sonra qızımı qaçırda biliblər. Anam isə hazırda xəstəxanadadır”.

S.Məmmədov deyib ki, qızını oğurlayan şəxsləri tanıyır və onlar daha əvvəl F.Məmmədli üçün elçiliyə gəliblər:

"Hadisə baş verən günü evə basqın edən şəxslərdən birini anam tanıyıb. Onlar kəndimizdən yaşayan şəxslərdir. Bir müddət əvvəl bizimlə eyni kənddən olan Balakişiyev Əhməd oğlu Elməddin üçün qızımı istəməyə gəlmişdi, ancaq mən qızımı onlara vermədim. Daha sonra isə Fədayəni öz qohumumun oğluna nışanladım. Hazırda Fədayənin nişanlısı hərbi xidmətdədir”.

Zərərçəkən əlavə edib ki, qızın qaçırılması ilə bağlı rayon prokurorluğuna və polis şöbəsinə məlumat verilib.

Hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsi araşdırma aparır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol