• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda təhlükəli şəxslər tutulub - Polisdən müraciət + FOTOLAR

Bakıda təhlükəli şəxslər tutulub - Polisdən müraciət + FOTOLAR
03.10.2014 14:23
Onlardan tapança, elektroşok, durbin və s. götürülübBakıda avtomobil nömrəsi oğurlamış iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakinləri 31 yaşlı Aydın Balayev və 28 yaşlı Tamerlan Əlizadə şübhəli şəxs qismində tutulub.  İlkin araşdırma zamanı müəyyən edilib ki, Aydın Balayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin dövlət nömrə nişanları oğurluqdur. A.Balayev avtomobili bir müddət əvvəl kirayə götürdüyünü bildirib. Dövlət nömrə nişanlarını isə Yasamal rayonu ərazisində başqa bir avtomobildən oğurlayaraq idarə etdiyi maşına bağlayıb. Əməliyyatçılar avtomobilə baxış zamanı 1 ədəd pnevmatik tapança, 1 ədəd elektroşok aparatı, 1 ədəd durbin, 1 ədəd dəmir dəyənək, 1 ədəd bıçaq, gözyaşardıcı qaz, idman papaqları və digər əşyalar aşkarlayaraq maddi sübut kimi götürüblər.Həmçinin saxlanılan şəxslərin üstündən müxtəlif çəkilərdə narkotik maddə olan heroin də tapılıb. İstintaq araşdırmaları zamanı saxlanılan şəxslər bildiriblər ki, avtomobildə gəzdirdikləri əşyaları bir müddət əvvəl əldə ediblər. Polis əməkdaşları ehtimal edir ki, saxlanılan şəxslər qanunsuz əldə edib saxladıqları əşyalarla cinayət əməlləri törədiblər.Bu şəxsləri tanıyanlardan və ya onların cinayət əməllərindən zərər çəkən şəxslərdən Xətai rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol