Azərbaycanda məşhur QHT fəaliyyətini dayandırdı

Azərbaycanda kimsəsiz uşaqlara yardım edən və çoxsaylı maraqlı layihələri ilə rəğbət qazanan "Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi fəaliyyətini dayandırıb.Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə təşkilatın sədri Zərifə Quliyeva öz "Facebook" səhifəsində məlumat verib."Dostlar, "Birliyə Doğru" bu gündən etibarən fəaliyyətini dayandırdı. Bəlkə daha uyğun zaman gələndə biz də fəaliyyətimizi bərpa edərik. Minlərlə insana dəstək olan təşkilat, əfsuslar olsun ki, artıq işləyə bilmir. Hər birinizi sevirik və əminik ki, "Özgə Uşaq Olmur" şüarı hər zaman qəlbinizdə yaşayacaq" - deyə Zərifə xanım yazır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























