4 idarə rəisi işdən çıxarıldı

2018-ci ilin dekabrından indiyədək meşə təsərrüfatının 52 əməkdaşı işdən çıxarılıb.
Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
F.Əliyev həmin şəxslərin meşələrin mühafizəsi üzrə vəzifələrini düzgün yerinə yetirmədiyi üçün işdən azad edildiyini söyləyib:
"Çox əfsuslar olsun ki, vəzifəyə təyin etdiyimiz bu şəxslərin təşkilatçılığı zəif olduğu üçün onlarla əməkdaşlığı davam etdirə bilmədik. Buna görə də Şəki, Masallı, Şamaxı və Lənkəranda regional idarə rəislərini vəzifələrindən azad etdik".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























