• $
  • €
  • ₽
  • ₺
  • £

“Gömrük Hospitalında aylıq 90 min manat alan həkimlər vardı”

“Gömrük Hospitalında aylıq 90 min manat alan həkimlər vardı”
28.05.2020 20:19
Qanunsuz dərman dövriyyəsi və qaçaqmalçılıqla bağlı məhkəmədə şahidlər ifadə verib
"Aylıq məvacibinin 170 manatını kartla, 1000 manatını isə nağd şəkildə alırdım”. Bizimyol.info xəbər verir ki, dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqla bağlı cinayət işi üzrə məhkəmədə Gömrük Hospitalının Planlama və Marketinq şöbəsinin müdiri Leyla Mustafayeva şahid qismində ifadə verərkən deyib.
Bu iş üzrə xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədli təqsirləndirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə deyib ki, işi həkimlərin fəaliyyətinə görə onlara ayrılacaq məvacibi proqrama köçürmək olub. Belə ki, hospitalda işləyən həkimlər müxtəlif faizlər alıblar. Həkimlər öz işlərini əlyazma ilə onlara təqdim edib. Daha sonra həmin sənədlər yığılaraq Fərman Məmmədliyə verilib. Sonuncu mərhələdə isə Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sənədlərə imza atıb.
L.Mustafayeva həkimlərin nə qədər maaş alması sualına da cavab olaraq bildirib ki, aylıq 10 min, 20 min, 60 min, 90 min maaş alan həkimlər olub. O vurğulayıb ki, ən çox məvacib alan cərrahlar olub.
Şahid qismində ifadə verən FGK tibbi xidmət idarəsinin arxiv işçisi Nəzakət Cəlalqızı bildirib ki, gedən proseslərden ancaq Maliyyə Nazirliyinin apardığı yoxlamadan sonra xəbər tutub.
Gömrük Hospitalının Satınalma Şöbəsinin mütəxəssisi Vüsalə Əliyeva bildirib ki, işi verilən sifarişlərin siyahısını tutmaqdan ibarət olub. O, bütün prosesləri idarə rəisi Fikrət Qədiməliyevin icazəsi ilə həyata keçirdiklərini deyib.
Prosesi martın 11-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.
DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol