Bakıda 8 Marta görə intihara cəhd - əri hədiyyə almadığına görə qadın özünü bıçaqladı

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.
www.anews.az
Anews-in ONA-ya istinadla verdiyi məlumata görə, F. İbrahimbəyov küçəsində yaşayan, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayevna əri ilə mübahisə zəminində özünü bıçaqlayıb.
O, qarının ön divarının kəsilmiş diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunduqdan sonra polislərə verdiyi ilkin izahatında bildirib ki, həyat yoldaşı ABŞ vətəndaşıdır. Həmişə xüsusi bayramlarda ona qayğı və diqqət göstərib. Lakin bu gün əri ona heç bir hədiyyə almadığından özünü bıçaqlayıb.
Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























