• $
  • €
  • ₽
  • ₺
  • £

Krediti və borcu olanlar qurban kəsə bilərlər? - VİDEO

Krediti və borcu olanlar qurban kəsə bilərlər? - VİDEO
03.10.2014 10:08
Azərbaycanda da Qurban bayramına hazırlıq gedir. ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, müqəddəs Qurban bayramına artıq bir gün qalıb. Hər bayram öncəsi süni qiymət artımını adi hal kimi qəbul etdiyimiz üçün qurbanlıq heyvanları baha qiymətə alacaqlarını düşünənlər az deyil. Elə buna görə də bəziləri bayramdan ən azı bir ay əvvəl qurbanlıq heyvanları alıblar. Almayanlar isə hələ də hansı heyvanları və ya harda kəsilən qurbanlıqların alınmasının halal olduğunu bilmirlər. Əhalinin, xüsusilə də orta və kasıb təbəqənin əksər hissəsinin banklarda krediti olduğunu nəzərə alsaq belə bir sual meydana çıxır: Bəs kreditləri və ya borcları olanlar bu müqəddəs bayramda qurban kəsə bilərmi? “Əgər bir şəxsin götürdüyü kredit və ya borc onun ailəsini sıxıntıya salmırsa, o zaman o, insan Qurban kəsə bilər. O halda ki, o şəxs kəsdiyi qurbanlığı nisyə və ya kreditə almamış olsun. Heyvan elə haradan gəlir gəlsin heyvandı. Əsas odur ki, kəsiləcək heyvanlar təmiz, sağlam və nöqsansız olsun”, deyə “Karvan” jurnalının baş redaktoru Hacı İsmayıl Əhmədov qeyd edib.Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov isə israr edir ki, bayram üçün xaricdən heyvan gətirilməyib. Bayram günü yarmarkalara çıxarılacaq bütün heyvanlar yerli sahibkarlar tərəfindən gətirilib və tibbi müayinədən keçiriləcəklər. İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, sahibkarlarla birgə paytaxt və ətraf rayonlarda 23 məntəqədə yarmarkalar təşkil edəcəklər.“Yarmarkalar keçirilməsi nəzərdə tutulan 23 məntəqədə və 8 mobil kəsim sexində tərəfimizdən laboratoriyalar təşkil olunacaq. Gətirilən bütün qurbanlıq heyvanlar tibbi müayinələrdən keçiriləcək”, deyə Bakı şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov vurğulayıb.Yarmarkalar üçün çadırların quraşdırılmasına başlansa da, sözügedən mobil kəsim sexlərinə bu gün rast gəlmədik. Bu maşınların bu gün səhər saatlarından etibarən 8 məntəqədə quraşdırılacağı gözlənilir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol