Bakıda insanı sarsıdan olay – Atanın diqqətsizliyindən 3 yaşlı qızı öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Publika.az xəbər verir ki, Binəqədi qəsəbəsində Soltanlı Fərid Bəhmən oğlu özünə məxsus olan "Mercedes” markalı, 50 DC 902 dövlət qeydiyyat nişanlı avtomobili həyətdə saxlayıb. Bir qədər sonra avtomobil hərəkətə gəlib və Fərid Soltanlının 2016-cı ildə anadan olmuş qızı Fəridə maşının təkərləri altında qalıb. Körpə qız aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.
İlkin araşdırma zamanı avtomobilin əl əyləcinin qoşulmadığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























