Maşın "Azərsu"nun qazdığı quyuya düşdü

Xırdalan şəhərində yolda qazılan çuxur qəzaya səbəb olub.
Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, Heydər Əliyev adına parkın qarşısındakı yolda baş verib.
Hadisə şahidləri bildiriblər ki, "Azərsu" ASC-nin əməkdaşları yolu qazıblar. Sonradan əraziyə heç bir işarə qoyulmayıb. Nəticədə sürücü çuxuru görməyib və maşın ora düşüb.
Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin ərazidə tikinti normalarına uyğun olaraq işlər görülüb.
"Ərazi dəmir çəpərlərlə əhatələnib. Ətrafı qırmızı-ağ lentlə bağlanıb. İşarə qoyulub. Burada qurumun işində heç bir problem yoxdu”, - deyə Anar Cəbrayıllı bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























