Cocuq Mərcanlıda bayram tonqalı yandırılacaq

Martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Qayıdış” parkında Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək.
Mədəniyyət Nazirliyindən Anews.az-a verilən məlumata görə, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tonqalı yandırılacaq. Bayramın rəmzləri olan Bahar qızı, Kosa və Keçəl qonaqları salamlayacaq, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























