• $
  • €
  • ₽
  • ₺
  • £

Turistlərin yemək xərci - Azərbaycan bahalı ölkələr siyahısında

Turistlərin yemək xərci - Azərbaycan bahalı ölkələr siyahısında
29.05.2020 01:43

Azərbaycanda iki turistin yemək xərci Türkiyədən 40%, Gürcüstandan 20% bahadır.

Turistlərin qiymətlərlə bağlı çox istifadə etdiyi NUMBEO internet portalı iki nəfərin restorandakı nahar qiymətlərini araşdırıb və bununla bağlı dünya ölkələrinin renkinqini hazırlayıb.

Renkinqdə Azərbaycanın da adı var.

 

Renkinqə görə, orta səviyyəli restoranda iki nəfərin üç növ yemək yeməsi üçün Azərbaycanda 23.5 dollar tələb edilir. Bu, hazırkı məzənnə ilə 40 manat edir.

Regionun turizm ölkələri ilə müqayisədə, Azərbaycanda qiymətlər 20-40% bahadır. Məsələn, həmin göstərici Gürcüstanda 18.7 dollardır, yəni bizdən təxminən 20% ucuzdur. Türkiyədə  isə bu göstərici 14.7 dollardır, yəni Azərbaycandakı qiymətlərdən 40% daha ucuzdur.

Ümumilikdə, sayt 86 ölkənin reytinqini hazırlayıb. Bu sıralamada Azərbaycan 55-ci, Gürcüstan 69-cu, Türkiyə 77-ci yerdədir.

Turizim sektorunun nümayəndəsi Oktay Xankişiyev ictimai iaşə obyektlərində turistlərə xidmətlərin şişirdilmiş qiymətlərlə təqdim olunduğunu deyir:

"10-20 manatlıq xidmətlər turistlərə 100-200 manata satılır. Turizm şirkətlərinin nəzarətində olsaydı, bu hadisələr baş verməyəcəkdi. Çünki biz onların təkrar Azərbaycana gəlməsində maraqlıyıq”.

Qeyd edək ki, renkinqdə turistlər üçün ən bahalı menyu İsveçrə və İslandiyadadır, burada iki nəfərlik yemək 98-99 dollara başa gəlir.

Ölkələrin ümumi renkinqində Azərbaycanın yeri belədir: 

 

oxu.az


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol