• $
  • €
  • ₽
  • ₺
  • £

"Körpənin oğlan olduğunu desələr də, qız uşağı doğmuşdu..." - Azərbaycanda ana doğuşdan sonra öldü

"Körpənin oğlan olduğunu desələr də, qız uşağı doğmuşdu..." - Azərbaycanda ana doğuşdan sonra öldü
11.03.2019 16:11

Şəmkirdə ana doğuşdan sonra dünyasını dəyişib.

Hadisə dünən rayonun Çinarlı qəsəbə xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Xəstəxanadan verilən məlumata görə, əslən Samux rayonundan olan Qaraçəmirli kənd sakini, 1983-cü il təvəllüdlü İbrahimova Nuridə Nəsib qızı dünən saat 18:00-da doğuş üçün xəstəxanaya müraciət edib:

"Qadın üçüncü dəfə ana olurdu. Özünün dediyinə görə, əvvəlki doğuşları bir qədər çətinliklə keçirib. Amma bu doğuş rahat keçdi. Saat 20:00-da artıq uşaq dünyaya gəldi. Uşağın çəkisi dörd kiloqram, boyu 51 sm olub. Üç dəfə müayinədə uşağın oğlan olduğunu desələr də, qız uşağı doğulub.

Bir az onda həyəcanlanmışdı. Amma doğuşdan sonra vəziyyəti yaxşı idi. Yemək yedi, palataya köçürüldü. Bir neçə saat sonra halının pisləşdiyini dedi. Əlimizdən gələni etsək də, saat axşam saat 10:00-11:00 radələrində ana dünyasını dəyişdi".

İlkin ehtimallara görə, qadın tromb-embaliya nəticəsində dünyasını dəyişib.

Məlumatla əlaqədar Şəmkir rayon Prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Hadisə şahidlərinin ilkin izahatları alınıb və müvafiq ekspertiza təyin edilib.

mənbə: oxu.az
***

Şəmkir rayonunda ana doğuşdan sonra dünyasını dəyişib.

Anews.az report-a istinadən məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Nuridə Nəsib qızı İbrahimova uşaq dünayaya gətirdikdən sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol