• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirin menyusuna: rüşvət yığılan məktəblərin SİYAHISI

Nazirin menyusuna: rüşvət yığılan məktəblərin SİYAHISI
02.10.2014 17:58

5 oktyabr müəllimlər günü münasibətilə Azərbaycanın bir çox təhsil müəssisələrində pul yığımına başlanılıb. AzNews.az xəbər verir ki, Təhsil Nazirliyi isə müəllimlər günü ilə bağlı məktəblərdə pul yığılması faktı aşkarlanarsa, müəllim və ya direktorların işdən azad olunacağı ilə bağlı xəbərdarlıq edib. Təhsil Nazirliyinin bugünkü açıqlamasından sonra AzNews.az-ın oxucularının köməyi ilə bəzi orta məktəblərdəki müəllim gününə hazırlıqlarla bağlı məlumatlar əldə edib. Məlum olub ki, bütün bu xəbərdarlıqlara baxmayaraq artıq məktəblərdə “tas”da bəlli olub. Müəllimləri təbrik etmək üçün yığılan minimum pul 20 manat müəyyənləşdirilib. Abşeron rayonu, Xırdalan şəhər 3 saylı orta məktəbində nə qədər qəribə olsa da, müəllimə ayrı, direktora isə ayrıca pul yığılır. Beləcə, hər uşaq 10 manat məktəb direktorunu, 10 manat isə ibtidai sinif müəllimini təbrik etmək üçün pul verməlidir. Şəhərdəki 1 nömrəli məktəbdə isə məbləğ bir az da böyükdür. Belə ki, hər uşaq müəllimini təbrik etmək üçün 25 manat pul verməlidir. Bunun 15 manatı direktora, 10 manatı isə müəllim üçün nəzərdə tutulub.Müəllimlər günü ilə bağlı valideynlərin səfərbər olduğu digər məktəblərdən biri isə Binəqədi rayonu 314 nömrəli məktəbdir. Bu təhsil ocağında müəllimləri təbrik etmək üçün konkret məbləğ deməsələr də, valideynlər öz aralarında 20 manat pul yığılmasına razılaşıblar.5 oktyabrla bağlı Xətai rayonu 165 nömrəli məktəbdə də valideynlərə ismarış göndərilib: “Müəllimlər günü ilə bağlı 25 manat gətirin!”. Səbayıl rayonu Badamdar qəsəbəsi 236 nömrəli məktəbdə də müəllimin təbrik “tas”ı 20 manatdır. Yasamal rayonu 225 nömrəli təhsil mərkəzində də 20 manatla müəllimləri təbrik edəcəklər. Yasamal rayonu 172 saylı məktəbdə isə deyəsən, müəllimlərin “hörməti” daha çoxdur. Belə ki, həmin məktəbdə uşaqlardan ümumi 35 manat pul yığılır. Müəllimlərin bayramına qədər artıq uşaqlardan 20 manat yığılıb. Yığılan məbləğ kifayət etmədiyindən şagirdlərdən əlavə 15 manat da pul alınıb. Nazirliyin qadağalarını qulaq ardına vuranlardan biri də Bakıxanov qəsəbəsi 271 nömrəli məktəbdir. Adıçəkilən təhsil ocağında da müəllimlərin bayramı üçün 20 manat pul tələb olunur. Abşeron rayonu, Xırdalan şəhəri 8 nömrəli məktəbdə də konkret qiymət müəyyən olunub: 20 manat. Bakının mərkəzindəki məşhur 160 nömrəli məktəb-lisey kompleksi də müəllim heyətini bayram günü təbriksiz qoymayacaq. Bu təhsil kompleksində valideynlər müəllimlərin bayram haqqını 20-30 manatla verəcəklər.Sumqayıt şəhəri 28 nömrəli orta məktəbdə analoji hadisə hökm sürür. İl ərzində müəllimin çəkdiyi zəhməti bir gündə ödəmək üçün 20 manat pul yığılır. Xatırladaq ki, Təhsil Nazirliyi müəllimlər günü ilə bağlı məktəblərdə pul yığılması faktı ilə bağlı 146 saylı “Qaynar xətt” xidmətinə anonim olmadan məlumat daxil olduğu halda məsələnin araşdırılacağı və fakt öz təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacağı bildirilib.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol