• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gənc atasının adından utandı - Dəyişdirilməsi üçün müraciət etdi

Azərbaycanda gənc atasının adından utandı - Dəyişdirilməsi üçün müraciət etdi
12.03.2019 10:12
Azərbaycanda şəxs adlarının izahlı lüğətinin yeni nəşrinin hazırlanması üçün işlər aparılır.

Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Sədr müavininin sözlərinə görə, bu gün Azərbaycanda şəxs adlarının siyahısına yenidən baxılaraq təkmilləşdirilməsinə ehtiyac var.

S.Sadıqova əlavə edib ki, hələ 2014-cü ildə şəxs adlarının izahlı lüğətinin təkmilləşdirilmiş nəşri çap edilmişdi. Lüğətin həmin nəşrinə 7500-ə yaxın ad daxil edilmişdi. Kolxoz, Sovxoz, Ansambl, Cinayətkar, Cani, Raykom, Narkoz kimi 1700-ə yaxın şəxs adı isə siyahıdan çıxarılmışdı.

Artıq həmin adların qoyulmasına icazə verilmədiyini deyən S.Sadıqova hesab edir ki, Azərbaycan xalqı yarandığı dövrdən etibarən mövcud olan adlar sistemi qorunub saxlanılmalıdır:

"Adlar sistemi hər bir xalqın milli mentalitetini əks etdirir. Bizim əsas məqsədimiz o mentaliteti qoruyub saxlamaqdır. Ona görə də uşaqlara ad qoyularkən və ya dəyişdirilərkən xalqımız üçün yad olan, gülüş doğuran adlardan istifadə edilməməlidir".

O, şəxs adları ilə bağlı valideynlərin maarifləndirilməsini vacib hesab edir:

"Məsələn, bir gənc atasının adından utandığından onun dəyişdirilməsi üçün müraciət etmişdi. Atasının adı Saqqal idi. Başqa bir nəfər müraciət edib ki, uşağa Nailə Münəvvər adı qoyulsun və istəyir ki, hər iki ad ayrı-ayrılıqda yazılsın. Ancaq bizdə bu mümkün deyil. Buna görə də valideynlər hələ körpə ikən uşaqlarına elə adlar qoymalıdırlar ki, onlar böyüdükdən sonra adı dəyişdirməyə məcbur olmasınlar".

Müstəqillik illərində Azərbaycanda yeni adların yarandığını deyən S.Sadıqova siyahı ilə bağlı yeni nəşrin hazırlanması üçün işlərin aparıldığını, lüğətin ilkin variantına dilimizə təzə daxil olan 800-ə yaxın şəxs adının əlavə edildiyini də söyləyib. (trend)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol