• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda keçiriləcək OPEC+ ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında 14 ölkə iştirakını təsdiqləyib

Bakıda keçiriləcək OPEC+ ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında 14 ölkə iştirakını təsdiqləyib
12.03.2019 10:24
Cari ilin 17-18 mart tarixlərində Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək. İndiyə kimi 14 ölkənin yüksək səviyyədə iştirakı təsdiqlənib. Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo  ilə yanaşı, OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək.
 
Tədbirdə  OPEC üzvlərindən Əlcəzairi energetika naziri Mustafa Qituni, BƏƏ-ni energetika  və sənaye naziri Suheyl əl-Mazrui, Kuveyti  neft, elektrik və su naziri Xalid Əl-Fadhel, İraqı baş nazirin müavini, neft naziri Tamer əl-Qadban, Nigeriyanı neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Konqonu neft nazirinin müşaviri Jean Baptiste Pouti, Liviyanı isə Milli Neft Korporasiyasının idarə heyətinin sədri  Mustafa Sanalla təmsil edəcək. Qeyri-OPEC ölkələrindən isə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak, Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, Sudanın neft və minerallar naziri Azhari Abdalla, Bəhreynin neft nazirinin müşaviri Naser əl-Sovaidi və Bruneyin energetika və sənaye nazirinin müavini Matsateji Sokiavın iştirakı nəzərdə tutulub. 

Ölkə Prezidentinin məqsədyönlü enerji siyasətinə uyğun olaraq neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycanın OPEC təşəbbüsünə ilk vaxtlardan qoşulması və tənzimlənmə prosesində fəal rolu OPEC Katibliyi tərəfindən də yüksək qiymətləndirilib, OPEC-Azərbaycan əlaqələrinin inkişafını təmin edib. OPEC tədbirlərindən birinin Bakıda keçirilməsi təklifi də bu əməkdaşlıq çərçivəsində məhz Azərbaycan Prezidenti tərəfindən ötən il martın 18-də OPEC Baş katibi Məhəmməd Barkibdonun ölkəmizə səfəri zamanı  irəli sürülüb. Bu təklif OPEC+ ölkələri tərəfindən müsbət qarşılanaraq, neft bazarının vəziyyətinə dair toplantıların cari ilin martında eyni tarixdə neft vətənində - Bakıda  keçirilməsinə razılıq verilib. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol