• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda faciəli şəkildə ölən 22 yaşlı müəllimənin FOTOLARI

Bakıda faciəli şəkildə ölən 22 yaşlı müəllimənin FOTOLARI
29.05.2020 12:13
Bakıda orta məktəbdə çalışan gənc müəllimə qəfil dünyasını dəyişib.

Hadisə martın 4-də qeydə alınıb. Belə ki, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbində çalışan 22 yaşlı Gülnar Balarza qızı Əliyeva dünyasını dəyişib.

Hadisə səhər saat 4-də 3 saylı Sabunçu xəstəxanasında baş verib. Ondan bir gün əvvəl, martın 3-də Gülnar Əliyevanın dərs zamanı halı pisləşib.

Dərhal onun üçün təcili yardım çağırılıb. Həkimlərin köməyilə müəlliməni xəstəxanaya aparıblar. Axşam saatlarında Gülnar Əliyevanın vəziyyəti yaxşılaşıb və evə buraxılıb.

Martın 3-dən 4-nə keçən gecə isə onun halı yenidən pisləşib və 3 saylı Sabunçu Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq səhər saatlarında onun həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, Gülnar Əliyeva fiziki tərbiyə müəllimi işləyirdi. Gənc kadr olmasına baxmayaraq, məktəbdə onun böyük hörməti olub. Məktəb direktoru Azər Ələkbərov BAKU.WS-ə bildirib ki, Gülnar Əliyeva işinə məsuliyyətli və bacarıqlı müəllimə idi.

"Keçən tədris ilindən məktəbimizdə açıq dərs elan olunmuşdu. Onun üçün də açıq dərs təyin etmişdi. Əvvəlcə həyəcanlı idi. Lakin onun açıq dərsi yüksək səviyyədə keçdi. O, həm də 8 Ə sinifinin sinif rəhbəri idi”, - deyə Azər Ələkbərov bildirib.

Gülnar Əliyeva məktəbdə dəfələrlə yarışlar təşkil edib. Şagirdlər də onun xətrini çox istəyirdi. Məktəbdə onun ölümü ilə bağlı guşə yaradılıb. Onun şagirdləri şagirdlər sevimli müəllimlərinə vida sözlərini yazaraq həmin guşayə qoyublar. Sonradan həmin məktublar Gülnar Əliyevanın atasına verilib.

Qeyd edək ki, Gülnar Əliyeva 5 ay əvvəl ailə qurub. Onun həmişə aşağı təzyiqdən əziyyət çəkdiyi bildirilir.

Xatırladaq ki, Gülnar Əliyevanın ölümü ilə bağlı ilk məlumatı "publika.az” saytı yayıb.
 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol