• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı tələbələr hansı ölkələrdə təhsil alır? - SİYAHI

Azərbaycanlı tələbələr hansı ölkələrdə təhsil alır? - SİYAHI
02.10.2014 16:55

Bu il “Xaricdə təhsil üzrə Dövlət Proqramı”na sənəd verən iddiaçılar yüksək rəqabət şəraitində seçiliblər.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, dövlət proqramı üzrə sənəd verənlər arasında fərqləndirici xüsusiyyətlərə malik tələbələrin sayı daha çox olub. Həmin tələbələrin istər xarici dil bilikləri, istərsə də digər akademik göstəricilərində əvvəlki illərə nisbətdə əhəmiyyətli artım müşahidə olunub. Aparıcı universitetlərin QS Reytinqinin top-10-luğunda yerləşən ali məktəblərdə təhsil almaq üçün 17 nəfər azərbaycanlı gənc dövlət proqramı təqaüdünü qazanıb. Həmin tələbələr xüsusi qabiliyyət və potensial imkanları ilə seçilir. Belə tələbələrdən Fuad Hüseynov ABŞ-ın Harvard Universitetinə, Fərman Fərmanov, Məsmə Nəcəfzadə, Cahangir Məmmədov Böyük Britaniyanın Oksford Universitetinə qəbul olunublar. Bu il dünya universitetlərinin QS Reytinqi üzrə ilk 20-likdə yer tutan ali məktəblərə 58 azərbaycanlı təqaüdçü qəbul olunub. Top 30-dakı universitetlərdə dövlət proqramını qazanmış gənclərimizin sayı isə 110 nəfərdir. Hazırda dövlət proqramı üzrə xaricdə təhsil almaq üçün sənədləri təsdiq olunan təqaüdçülərin sayı 494 nəfərdir. Yekun rəqəmlər yaxın günlərdə təsdiq olunacaq. Dövlət proqramı çərçivəsində 319 nəfər magistratura, 45 nəfər doktorantura, digərləri isə bakalavriat və rezidentura üzrə xaricdə təhsil almaq hüququ qazanıb. Türkiyədə tibbdə uzmanlıq imtahanından keçən tələbələr 66-68 bal toplayaraq yerli tələbələr arasında ən yüksək nəticə göstərənlər sırasında olublar. İlk dəfə bir ildə 9 nəfər Almaniyada kənd təsərrüfatı üzrə təhsil almaq üçün dövlət proqramı qazanıb. Avropa musiqisi üzrə 2 nəfər bakalavr səviyyəsi üzrə təhsil almaq üçün göndərilib. Almaniyada baza tibb təhsili almaq üçün 650-dən artıq bal toplayan tələbələrin sayı 4 nəfərdir. İlk dəfə nanotexnologiya üzrə 10 nəfər tələbə magistr xaricə göndəriləcək.ANN.Az 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol