• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı idmançı Nurlanənin müəmmalı ölümü: İntihar edib?

Azərbaycanlı idmançı Nurlanənin müəmmalı ölümü: İntihar edib?
12.03.2019 14:35
Kapoeyra üzrə Azərbaycan milli komandasının üzvü, gənc idmançı Nurlanə Əhmədova bir neçə gün öncə faciəvi şəkildə vəfat edib. Mətbuatda yayılmış məlumata görə, idmançı məşq zamanı zalda yıxılıb və aldığı zədədən ölüb. Bəzi şəxslər isə idmançının intihar etdiyini iddia edirlər.

Məsələni dəqiqləşdirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı kapoeyra üzrə milli komandanın baş məşqçisi Elgiz Əlizadə ilə əlaqə saxlayıb. O bildirib ki, bəzi mətbuat nümayəndələri məsələni dəqiqləşdirmədən səhv məlumat yayır.

"Nurlanə Əhmədova bizim sevimli tələbəmiz idi, çox istedadlı gənc idi. Onu itirməyimizə çox təəssüflənirik. Amma hadisənin necə və hansı səbəbdən baş verdiyini bilmirik", – deyə Əlizadə vurğulayıb.

"Mətbuatda yazılır ki, hadisə məşq zamanı baş verib. Hətta Nurlanənin şəxsi məşqçisi Oxçu Şahmuradov ilə danışan zaman mənə dedi ki, idmançı iki ay idi ayağını sındırdığı üçün məşqlərə qatılmırdı. Hadisədən bir gün öncə ayağının sarğısı açılıb. Həm də zalda elə bir yer yoxdur ki, idmançı oradan yıxılsın və dünyasını dəyişsin. Ayrıca, hadisə gecə 03:00 radələrində baş verib, o saatlarda məşq olmur axı", – o, əlavə edib.

Baş məşqçinin sözlərinə görə, hadisə Əhmədovanın yaşadığı evdə baş verib: "Yaxınları deyiblər ki, o, hündürlükdən yıxılaraq dünyasını dəyişib. Bizdə isə bu barədə heç bir məlumat yoxdur. Odur ki, ölüm səbəbi haqqında dəqiq heç nə deyə bilmərəm".

Qeyd edək ki, "Storm Capoeira Klubu"nun ən güclü idmançılarından olan Nurlanə Əhmədova 2019-cu ilin yanvar ayında "İlin ən texnikalı tələbəsi" seçilib, 2018-ci ilin fevral ayında isə 16+ yaş qrupu üzrə "12-ci Respublika çempionatı"nın qalibi olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol