• $
  • €
  • ₽
  • ₺
  • £

Polis “Lotu Quli”nin obyektində yoxlamalara başladı

Polis “Lotu Quli”nin obyektində yoxlamalara başladı
12.03.2019 15:29
"Rosqvardiya” və polis əməkdaşları Moskvanın ən iri ərzaq bazarlarından olan "Fud Siti”də reyd keçirir. "Qafqazinfo” xəbər verir ki, bu barədə "TASS” agentliyinə hüquq-mühafizə orqanlarında olan mənbə məlumat verib. 

Mənbənin sözlərinə görə, martın 12-də səhər saatlarında Kaluj şosesinin 22-ci kilometrliyində yerləşən bazara "Rosqvardiya” əməkdaşları səfərbər olunublar: "İçəri heç kimi buraxmırlar. Polis əməkdaşları axtarışlar aparır, bazarda işləyənləri sorğu-sual edirlər”.


Mənbə reydin hansı səbəbdən keçirildiyi və saxlanılanların olub-olmadığı barədə məlumat verməyib. 

Qeyd edək ki, bir neçə gün öncə Rusiya mətbuatında "Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun azərbaycanlıların çalışdığı "Fud Siti” aqroklasterinə nəzarəti ələ keçirdiyinə dair informasiya yayılıb. Məlumatda bildirilirdi ki, "Fud Siti” daha öncə 2016-cı ildə Türkiyədə qətlə yetirilən "qanuni oğru” Rövşən Lənkəranskinin əmisi oğlu Zaur Əhmədovun nəzarəti altında idi. 
 
Xatırladaq ki, analoji tədbir martın 11-də azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus "Sadovod” bazarında, həmçinin, "Moskva” ticarət mərkəzində də həyata keçirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol