• $
  • €
  • ₽
  • ₺
  • £

Qohum olmayan şəxslər də donor olsun - TƏKLİF

Qohum olmayan şəxslər də donor olsun - TƏKLİF
12.03.2019 15:54
Azərbaycanda orqan transplantasiyası ilə bağlı yeni hazırlanan qanun layihəsində qohum olmayan şəxslərin də donor ola bilməsi təklif edilir.

Sonxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Musa Quliyev orqan transplantasiyası üzrə keçirilən dinləmələrdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, insan orqanlarının transplantasiyası ilə bağlı hazırlanan yeni qanun layihəsi 5 fəsil, 36 maddədən ibarətdir. Qanun layihəsində donorların, respiyentlərin reyestrinin aparılması, eyni zamanda, respiyentlərin gözləmə vərəqəsinin olması nəzərdə tutulur ki, bu gözləmənin elektron qaydada aparılması təklif edilir.

M.Quliyev əlavə edib ki, layihədə canlı donorlardan orqanların götürülməsi məsələsi öz əksini tapıb: "Respiyentlər qohum ola bilərmi, yaxud qohum olmamalıdırlar? İndiki qanunvericlikdə yalnız qohumlardan donorluğa icazə verilir. Amma dünya təcrübəsində kiminsə könüllü şəkildə donor olmasına icazə verilir. Biz buna görə hüquqi maneə törətməməliyik. Buna görə də hesab edirik ki, respiyent qohum ola da, olmaya da bilər".

M.Quliyev hesab edir ki, donor olmaq üçün tərəflərin rəsmi nikahda olmasına ehtiyac yoxdur. Vətəndaş nikahında olan şəxslərin də donor kimi olmasına icazə verilir.
Komitənin sədr müavini qeyd edib ki, şəxs sağlığında orqanlarının transplantasiya üçün istifadəsinə icazə verirsə, onda o, dünyasını dəyişdikdən sonra qohumlardan icazə almadan, bu icazə olmadıqda isə onun yaxınlarının icazəsi ilə transplantasiya icra edilə bilər: "Meyitdən orqan donorluğuna olduqca ehtiyatlı yanaşmaq lazımdır. Icbari tibbi sığorta paketinə də orqan transplantasiyası xidmətinin ya tam şəkildə, ya da onun xərclərinin müəyyən hissəsinin daxil olması nəzərdə tutulur. Azərbaycanda Insan orqanlarının alqı-satqısı və reklamı da qadağandır".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol