• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada “Boeing”dən imtina dalğası - Avropa da qoşuldu

Dünyada “Boeing”dən imtina dalğası - Avropa da qoşuldu
13.03.2019 12:47

Avropa İttifaqı və Hindistan sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə Boeing 737 Max modelindən olan təyyarələrin uçuşuna qadağa qoyub.

Bu haqda BBC məlumat verir.

"Boeing” qadağasına qoşulan ölkələrin sayı isə durmadan artır. Bu arada Qazaxıstan, Yeni Zelandiya və Fici mülki aviasiya idarələri də bir neçə saat əvvəl bu haqda müvafiq qərar çıxarıb.

 

Dünyanın dörd bucağında tətbiq olunan istismar qadağalarına səbəb bazar günü Efiopiyada ölkənin hava yolları şirkətinə aid 737 Max 8 təyyarəsinin qəzaya uğramasıdır. Hadisə nəticəsində 157 nəfər həyatını itirib. Bu son 5 ay ərzində bu modeldən olan təyyarə ilə əlaqədar ikinci bədbəxt hadisədir.

ABŞ rəsmiləri beynəlxalq təşvişə baxmayaraq, bu modeldən olan təyyarələrin təhlükəsiz olduğunu əmin edir.

Bununla belə ölkənin Ekipaj üzvləri assosasiyası  ABŞ Federal Aviasiya Administrasiyasından ehtiyat tədbiri olaraq "737 Max” təyyarələrinin istismarına müvəqqəti məhdudiyyət qoymasını tələb edir.

Qeyd edək ki, "737 Max” "Boeing” şirkətinin ən uğurlu model qrupuna daxildir. Qrupda Max 7, 8, 9 və 10 modelləri yer alır.

"Beoing 737 Max” modeli haqda qısa arayış

"Boeing” şirkəti yanvar ayında "737 Max 8” modeli üçün 5011 sifarişdən 350-sini artıq təhvil verib. Həmçinin bir neçə "737 Max 9” dünyanın müxtəlif ölkələrində hazırda istismardadır.

"Max 7” və "Max 10” modellərinin qarşıdakı illərdə tədarükünə başlanacağı gözlənilirdi.

Təyyarənin (737 Max 8) texniki göstəricilərinə gəlincə təyyarənin kabinasından quyruq hissəsinə qədər olan uzunluğu 39,5 metr, qanadın bir ucundan o biri ucuna qədər olan məsafə isə 35.9 metr təşkil edir. 210 sərnişin oturacağı və LEAP-1B mühərriki ilə təchiz olunub. Bir uçuşa maksimum 6570 km məsafə qət edə bilir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol