• $
  • €
  • ₽
  • ₺
  • £

"5-10 min manat pensiya alan vətəndaşlarımız var" - Nazir

"5-10 min manat pensiya alan vətəndaşlarımız var" - Nazir
13.03.2019 15:38
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vergi Məcəlləsində edilən dəyişikliklərin Həyatın Yığım Sığortasının gəlirliyinə necə təsir etməsini şərh edib.

Anews.az xəbər verir ki, nazir ONA-ya bildirib ki, Həyatın Yığım Sığortasından dünyanın bir çox yerlərində müəyyən güzəştli şərtlərlə faydalanırlar: "Amma heç yerdə yüz faizlik güzəştli şərtlər yoxdur. Ona görə bizdə vacib məqam odur ki, biz sığorta şirkətlərinin, bazarda sığorta alətlərini genişləndirməsi üçün onlara müxtəlif güzəştlər veririk. Lakin bunu yüz faizlik güzəşt kimi tətbiq etmək də düzgün olmazdı. Ona görə də aparılan araşdırma zamanı belə qərara gəlindi ki, artıq onlar üçün bir neçə yüz faizlik güzəşt var və bu güzəştdən yararlanaraq müəyyən bazara sahib olublar. Bu üzdən o güzəştlər 50%-ə endirildi. Yəni istənilən şəxs həyatın yığım sığortasına müraciət edən zamanı onun əmək haqqının 50%-i tam şəkildə güzəştlərdən yararlanacaq, digər 50%-i isə pensiya sisteminə yönəldilərək sosial sığorta haqqı ödəyəcək”.

S.Babayev qeyd edib ki, insanlar bəzən sosial sığortaya vergi kimi yanaşırlar: "Sosial sığorta vergi deyil. Vergi vətəndaşın dövlətə əvəzsiz ödədiyi vəsaitdir. Sosial sığorta vətəndaşa pensiya dövründə geri qaytarılacaq vəsaitdir və o, bir neçə dəfə qalxaraq vətəndaşa qayıdır. Çünki illər boyu indeksasiya olunur və ödəmə dövrü 25-30 il olduğu halda, vətəndaşın geri alma dövrü 12 ildir. Ona görə də sosial sığorta hər bir vətəndaşın özünə lazımdır. Bu gün 3, 5, 10 min manat pensiya alan vətəndaşlarımız var. Sırf sosial sığorta prinsiplərinə görə aldıqları əməkhaqqını tam leqal şəkildə göstəriblər, 25%-ni ödəyiblər və bu gün çox yüksək məbləğdə pensiya alırlar. Amma böyük bir kütlə insanımız var ki, onlar maaşlarını ya göstərməyiblər, ya da sosial sığorta ödəməyiblər və onlar bu gün minimum pensiya alır. Ona görə cənab prezidentimiz  növbəti dəfə böyük humanist addım atdı. Minimum pensiyanı 160 manata qaldıranda vaxtilə sosial sığortanı ödəməyən 233 min insanların pensiyasını artırdı. Çünki onlar ödədikləri ödənişlə bu rəqəmə heç vaxt çatmayacaqdılar”.  

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol