• $
  • €
  • ₽
  • ₺
  • £

Abbas Bağırovun da adı hallanan məhkəmədə mübahisə düşüb

Abbas Bağırovun da adı hallanan məhkəmədə mübahisə düşüb
13.03.2019 16:12
Əməkdar artist Abbas Bağırovun köməkçisi, dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin məhkəməsi keçirilib.

Anews.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bugünkü prosesdə şahidlər dindirilib.

Azər İsgəndərov deyib ki, O.Mehrəliyev Xətai Yusubovdan 11 min manat alarkən orada olub.

Vəfa Nadirova ifadəsində bildirib ki, bacısı ondan 1500 manat alaraq Orxanı müdafiə eləməsi üçün vəkilə verəcəyini deyib.

Hakim şahiddən ifadə vermədən əvvəl kiminsə ona təzyiq edib-etmədiyini soruşub. V.Nadirova X.Yusibovun onun xeyrinə ifadə verməsini istədiyini deyib. Bu zaman məhkəmədə mübahisə düşüb.

Xətai Yusubov iddia edib ki, Vəfa Nadirova onun xeyrinə ifadə vermək üçün 1000 manat istəyib:

"Yazdığı mesaj da qalır, baxa bilərsiz".
Davam edən mübahisədə X.Yusubov təqsirləndirilən O.Mehrəliyevi yalan danışmaqda ittiham edib.

Orxanın cavabı isə belə olub:

"Bu, Xətaini ayağa qaldırın, yerisin, biz də arxadan baxaq ki, bu kimdir".

Digər şahid İbrahim Əliyev deyib ki, Abbas Bağırova məxsus qaraj indi onun adınadır:

"Bu mübahisələrdən sonra məni polisə çağırdılar. Dedilər ki, qarajı sənin adına keçirirlər. Mən də etiraz eləmədim".

İttihama görə, O.Mirəliyev həmçinin, müğənni Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv/metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.

2017-ci ildə Maman Nadirovdan 3500 manat alaraq, onun cinayət işinə xitam verdirdirəcəyini vəd edib.

Qeyd edək ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol