• $
  • €
  • ₽
  • ₺
  • £

Meriya 16 mart mitinqinə “olmaz” dedi

Meriya 16 mart mitinqinə “olmaz” dedi
13.03.2019 16:21
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Qarabağ Komitəsinin 16 mart mitinqi ilə bağlı müraciətinə baxılıb.

Anews.az-ın məlumatına görə, Meriya mitinqin keçirilməsini məqsədəuyğun saymayıb.


İmtina cavabı Meriya tərəfindən Əvəz Zeynallı və Sahib Kərimliyə təqim olunub.

Qarabağ Komitəsi martın 16-da mitinq keçirmək üçün Meriyaya müraciət edib.


Müraciətdə deyilirdi:


"Dağlıq Qarabağ və digər ərazilərin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlıq işinə ictimai dəstəyi nümayiş etdirmək, haqlı mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Mitinqin martın 16-da 15:00-dan 17:00-dək Yasamal rayonunu ərazisindəki Məhsul stadionunda keçirilməsi nəzərdə tutulur.


Mitinqdə səsləndiriləcək şüarlar "Qarabağa azadlıq”, "Ya Qarabağ, ya ölüm”, "Qarabağ bizimdir, bizim qalacaq”, "Təslimçi sülhə yox”, "Qarabağda anti-terror əməliyyatlarının keçirilməsini tələb edirik”, "Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin”, "Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik”dir”.

Həmçinin bildirilib ki, mitinqdə eyni məzmunlu plakatlar qaldırılacaq, qətnamə qəbul olunacaq:

"Mitinqin keçirilməsi üçün şəraitin yaradılması, təhlükəsizliyin təmin olunması xahiş edilir”.

Müraciəti imzalayanlar Mirmahmud Fəttayev, Pənah Hüseyn, Sahib Kərimli, Tural Abbaslı, Əvəz Zeynalov olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol