• $
  • €
  • ₽
  • ₺
  • £

“Dovşan idim, viski içib pələng oldum” - Qacarın evinə oğurluğa girən elmi işçi

“Dovşan idim, viski içib pələng oldum” - Qacarın evinə oğurluğa girən elmi işçi
13.03.2019 16:58
Bakıda Qacar nəslinin nümayəndəsi olan akademik, 90 yaşlı Çingiz Qacarın evinə basqın edən, onu və xadiməni öldürməyə cəhd etməkdə təqsirləndirilən Bəkir Rüstəmbəyovun məhkəməsi keçirilib. 

Anews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, ifadə verən B.Rüstəmbəyov özünü təqsirli bilərək hadisənin necə baş verməsi barədə danışıb: "AMEA-nın Fizika İnstitutunda elmi işçi işləyirdim, Çingiz Qacar mənim rəhbərim idi. Məni 8 il əvvəl işdən çıxartmışdı. Bu da mənə çox təsir eləmişdi. Hadisə günü 400 qram Şotlandiya viskisi içdim. Ayıq vaxtı dovşan idim, içkidən sonra pələng oldum. Evində pul olduğunu bildiyim üçün onlara getdim. Ən böyük səhvim xadimə Mətanət Hüseynovanı vurmaq olub. Evdəki pulları götürüb viski alacaqdım. Amma onları vurandan sonra qorxumdan pulları evdə qoyub qaçdım. Çox peşmanam, məni bağışlamalarını istəyirəm. Yeni ildə hər ikisinə zəng edib, məni bağışlamalarını istədim”.

Proses martın 19-da davam etdiriləcək. 

İttihama görə, B.Rüstəmbəyov tanışı Çingiz Qacarın əmlakını ələ keçirmək məqsədilə onun evinə gələrək özü ilə gətirdiyi çəkiclə Ç.Qacar və evdə xadimə işləyən Mətanət Hüseynovanın başından zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsi öldürməyə cəhd edib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol