• $
  • €
  • ₽
  • ₺
  • £

Heydərovun xanımı imzalanma mərasimində - FOTOLAR

Heydərovun xanımı imzalanma mərasimində - FOTOLAR
02.10.2014 11:51

Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə Koreya Fondu arasında Mədəni Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. ANN.Az APA-ya istinadən xəbər verir ki, tədbirdə Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in də iştirak edib.Mərasimdə çıxış edən SEBA-nın prezidenti Ruhəngiz Heydərova Azərbaycan Koreya əlaqələrinin günü-gündən inkişaf etdiyini bildirib. R. Heydərova Koreya və Azərbaycan arasında əlaqələrin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. O, 2004-cü ildən qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan SEBA-nın  Azərbaycan və Koreya arasında mədəni əlaqələrin inkişafında yaxından iştirak etdiyini deyib. Qeyd olunub ki, assosiasiya tərəfindən keçirilmiş mədəniyyət və kino günləri, sərgi, konsert, elmi simpoziumlar, aztəminatlı, məcburi köçkün və qaçqın ailələri üçün ictimai tibbi xidmətin təşkili, arxeoloji qazıntıların aparılması, eləcə də Şərq Təbabət Klinikasının açılışı bunun bariz nümunəsidir. R. Heydərova deyib ki, SEBA-nın fəaliyyəti müxtəlif dövrlərdə həm Koreyanın Bakıdakı səfirliyi, həm də Azərbaycanın Seuldakı səfirliyi tərəfindən dəstəklənib. O, bu memorandumun iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına inandığını söyləyib.Daha sonra SEBA və Koreya Fondu arasında Memorandum imzalanıb. Qeyd edək ki, Ruhəngiz Heydərova Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol