• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınları zorla fahişəliyə cəlb etdi, biri intihara əl atdı - Azərbaycanda

Qadınları zorla fahişəliyə cəlb etdi, biri intihara əl atdı - Azərbaycanda
28.05.2020 22:16
Şamaxı rayonunda qadınları fahişəliyə cəlb etməkdə və digər cinayətlərdə ittiham olunan Elnarə Əzizova həbs edilib.

Anews.az teleqraf.com-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Elnarə Əzizova başqasına məxsus mülkdə qanunsuz olaraq əxlaqsızlıq yuvası təşkil edib. O, həmin evdə qadınları fahişəliyə cəlb edib. Fahişəlik etməkdən boyun qaçıranları soyuq silahla hədələyib. Elnarə Əzizovanın bu qanunsuz əməlindən təngə gələn bir qadın intihar edib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Elnarə Əzizova həbs edilib.

İstintaq orqanı tərəfindən Elnarə Əzizovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Şamaxı rayon Məhkəməsinə təqdimat göndərilib. Hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanını təqdimatı təmin olunub.

Elnarə Əzizovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda bu cinayət işi üzrə ibtidai istintaq davam edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol