• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur azərbaycanlı həbs olundu

Məşhur azərbaycanlı həbs olundu
02.10.2014 10:14

Dağıstanın hüquq-mühafizə orqanları Dərbənd rayonu administrasiyasının rəhbəri, Dağıstan azərbaycanlıları klanının lideri Qurban Qurbanovu həbs ediblər.Virtualaz.org xəbər verir ki, hüquq-mühafizə orqanları Qurbanovu 2009-2013-cü illərdə torpaq qanunvericiliyini pozaraq Dağıstan hökumətinin mülkiyyətində olan 56 hektar torpağı ayrı-ayrı şəxslərə verməkdə ittiham edir.Qurban Qurbanovun barəsində cinayət işi sentyabrın 16-da qaldırılmışdı. 1998-ci ildən bəri Dərbəndə başçılıq edən Qurbanovun problemləri vəzifəsindən istefa verməkdən imtina etməsindən sonra başladı.Xəbər verdiyimiz kimi, Dağıstan rəhbəri Ramazan Abdulatipov Dərbənd rəhbərinin işində nöqsanlar olduğunu bəyan edərək ona vaxtından əvvəl istefa verməyə çağırıb. Lakin Q.Qurbanov istefa verməkdən imtina edib və öz tərəfdarlarını mitinqə toplayaraq müqavimət göstərib. Bundan sonra Dağıstanın hüquq-mühafizə orqanları onun administrasiyasına basqın edərək bütün sənədləri aparıblar. Ardınca ona qarşı cinayət işi qaldırılıb.Qurbanov Dərbəndin azərbaycanlı klanının lideri idi. Ondan əvvəl rayona 1962-ci ildən etibarən atası Səid Qurbanov başçılıq edib. Qurbanovun qardaşı Maqomed isə Dağıstanın Bakıdakı nümayəndəsi idi. Abdulatipov hakimiyyətə gələndən sonra onu işdən azad edib.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol