• $
  • €
  • ₽
  • ₺
  • £

Bişmiş tərəvəzlərin əsas üstünlükləri

Bişmiş tərəvəzlərin əsas üstünlükləri
14.03.2019 20:30
Ekspertlər bişmiş tərəvəzləri rasionumuza daha tez-tez daxil etməmizi məsləhət görürlər.

Anews.az AZƏRTAC-a istinadən bişmiş tərəvəzlərin üstünlükləri barədə məlumatı təqdim edir.

Sağlam dəri. Bişmiş tərəvəzlərdən istifadə sayəsində biz dərimizin sağlam, cavan və elastik olmasını təmin edə bilərik. Bu məqsədlər üçün kök, ispanaq və pomidor daha uyğundur. Çünki bu tərəvəzlərin tərkibində yüksək miqdarda suyun və nutrientlərin (antioksidantlar və iltihabəleyhinə komponentlər) olması müəyyən edilib. Bunlar dərimizin müdafiəsi üçün zəruridir.

Sağlam böyrəklər. Əgər siz sidik kisəsində daş xəstəliyindən əziyyət çəkirsinizsə, o zaman mütləq bişmiş tərəvəzlərdən istifadə edin. Bu, ciddi ağırlaşmalardan qorunmağa kömək edir. Ekspertlər hesab edirlər ki, bu ərzaqların gündəlik rasiona daxil edilməsi böyrəklərdə daş əmələ gəlməsinin əvvəlcədən qarşısını alır.

Sağlam saçlar. Saç əkilməsi sahəsi üzrə ayrı-ayrı mütəxəssislər hesab edirlər ki, kök tük follikullarını stimullaşdıraraq, saçların uzanmasına şərait yaradır. Baş üçün maskalar xüsusilə effektlidir. Bir neçə kökü qaynadın, sonra əzərək elə bişdiyi su ilə qarışdırın. Alınan kütləni başın dərisinə çəkin. Yarım saat saxladıqdan sonra yuyun.

Sağlam mədə. "Helicobacter pylori" adlı bakteriyaların əmələ gətirdiyi mədə pozuntularına qarşı qida rasionuna bəzi dəyişikliklər etməklə, bişmiş tərəvəzlərdən istifadə etməklə mübarizə aparmaq mümkündür. Bu ərzaqlar asan həzm olunur, mədə divarlarına daha az təzyiq göstərirlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol