• $
  • €
  • ₽
  • ₺
  • £

Abortda ölən qadının qohumu: "Həkim qaçıb gizləndi" - VİDEO

Abortda ölən qadının qohumu: "Həkim qaçıb gizləndi" - VİDEO
02.10.2014 09:04
Bərdədə növbəti ana ölümü baş verib. Bərdənin Cəyirli kənd sakini 34 yaşlı Sitarə Şahbazova abort zamanı dünyasını dəyişib.

ANS xəbər verir ki, əslən Yardımlıdan olan Sitarə Şahbazova 6 il əvvəl Bərdənin Cəyirli kəndinə gəlin köçüb. Bu gün saat 15 radələrində öz istəyi ilə abort olmaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının ginekolojiya şöbəsinə gəlib. Yaxınlarının sözlərinə görə, xəstaxanaya gələn zaman mərhumun səhətində problem olmayıb. Sitarə Şahbazovanın dünyasını dəyişməsinə görə ailə üzvləri həkimləri günahlandırır.Ölən gəlinin qohumu Şəlalə Cəfərovanın sözlərinə görə, həkim S.Şahbazovanı abort edərkən öldürüb:“Həkim sonra çıxıb deyib ki, xəstənin vəziyyəti pisdir. Yiyəsi hanı? Bu gəlin də su gətirməyə gedibmiş girib içəri ki, ölüb. Ondan sonra həkim qaçıb gizlənib, yoxdur”.Sitarə Şahbazovanı abort edən həkimi tapmasaq da, doğum şöbəsinin növbətçi həkim Tahirə Abbasova baş vermiş hadisə ilə bağlı bunları dedi:“Saat 14:30 radələrində ginekolojiya şöbəsinə həkimə müraciət etmiş, pozulmuş abort diaqnozu ilə daxili müayinə edən zaman xəstədə epileptik tutmalar olub. Bir dəfə xəstəni vəziyyətdən çıxartsalar da tutmalar davam edib, ürək fəaliyyətini dayandırıb. Göstərilən yardımlara baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb”, – deyə həkim Tahirə Abbasova qeyd edib.Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və potoloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol