• $
  • €
  • ₽
  • ₺
  • £

Goranboy qətliamında ölənlərin sayı 8-ə çatdı

Goranboy qətliamında ölənlərin sayı 8-ə çatdı
02.10.2014 08:36
Dünən səhər saatlarında Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Rafiq Müzəffər oğlu Hüseynovun törətdiyi ağır cinayət nəticəsində ölənlərin sayı 8-ə çatıb. Yerli sakinlərdən birinin Axar.az-a verdiyi xəbərə görə, hadisə zamanı yaralanan Günel Məmmədova xəstəxanada dünyasını dəyişib. Onun iki azyaşlı övladı var. Bu arada Rafiq Hüseynovun ailəsi haqda son məlumatlar daxil olub. Sakinlərin Axar.az-a bildirdiyinə görə, Hüseynovlar altı qardaş olublar. Onlardan biri - Şaiq Hüseynov intihar edib. Onun da həyat yoldaşı ilə arasında tez-tez mübahisələr yaşanıb. Qardaşlardan biri isə oğurluğa görə həbs həyata yaşayıb. Mənbənin sözlərinə görə, digər üç qardaşdan biri rayonda yaşayır, digərləri isə Rusiyada işləyir. Hadisədən sonra R.Hüseynovun valideynləri yaşadıqları Səfikürd kəndindən çıxarılıb. Onların harada saxlandığı bilinmir. Polisin Hüseynovun valideynlərini kənddən çıxarmasının səbəbi baş verən hadisənin miqyasının böyüməsinin qarşısını almağa hesablanıb. Çünki qətlə yetirilən şəxslərin yaxınları bu dəhşətli cinayətə cavab olaraq hər hansı addım ata bilər. Odur ki, qatilin ailəsi kənddən kənarlaşdırılıb. Onların rayona qayıdacağı gözlənilmir.  Xatırladaq ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Rafiq Müzəffər oğlu Hüseynov yoldaşına atasının ildönümü mərasiminə gedərkən tapşırıb ki, qardaşlarından başqa heç bir qohumuyla öpüşüb-görüşməsin. Lakin yas mərasimində qız ərinin bu şərtini pozub, əmisi oğlanları ilə görüşüb. Mərasimdən sonra evinə qayıdan gəlinə əri bir sillə vurub. Bundan acıqlanan gəlin ata evinə qayıdıb. Daha sonra ər barışmaq üçün bir neçə dəfə qayınatasıgilə gedib. Lakin qızın ailəsi barışmağa razı olmayıb. Bundan əsəbiləşən kürəkən məlum hadisəni törədib. Məlumata görə, kürəkən evə qumbara ataraq bir ailəni məhv edib. Hadisə zamanı ölənlər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur.  1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədova isə yaralanmışdı. Qeyd etdiyimiz kimi, iki yaralıdan biri - Goranboy rayonunun Safıkürd kənd sakini Günel Məmmədova xəstəxanada dünyasını dəyişib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol