• $
  • €
  • ₽
  • ₺
  • £

Qidalarla bağlı vətəndaşlara müraciət etdi – Bu nömrələrə zəng edin!

Qidalarla bağlı vətəndaşlara müraciət etdi – Bu nömrələrə zəng edin!
15.03.2019 11:15
Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı Baş idarə tərəfindən 12 cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Anews.az-a məlumat verilib. Verilən məlumata görə, 9 cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 16 şəxs məhkəmə məsuliyyətinə verilib.

Hazırda isə 3 cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Birgə görülmüş işlərə misal olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Abşeron, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən ət pavilyonu və kəsim sahələrində insan sağlamlığı üçün təhlükə təşkil edən yararsız heyvan cəmdəklərinin aşkar edilməsi nəticəsində 8 şəxs barəsində cinayət işi başlanaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla keyfiyyətsiz ətlərin kütləvi satışı məqsədi güdən digər ictimai iaşə xidmətləri subyektlərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri,

habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə,

361-11-76, 361-11-48 nömrəli telefonlar və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli telefonlar vasitəsi ilə məlumat vermələrini xahiş edir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol