Komitə sədri: "Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi mümkün ola bilər"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsinə aydınlıq gətirib.
Anews.az Trend-ə istinadən xəbər verir ki, komitə sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hazırda ağır şəraitdə yaşayanları köçürür:
"Gələcək mərhələdə isə Bayıl sürüşmə zonasında yaşayanların da köçürülməsi mümkün ola bilər. İndiki zamanda isə həmin ailələrlə bağlı rayon icra hakimiyyəti qərar verməlidir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























