Azərbaycanın 500 tondan artıq yük tutumu olan 260 gəmisi var - Baş nazir

Bakı Beynəlxalq Dəniz Limanı tranzit məkan kimi Azərbaycanın beynəlxalq aləmdə mövqeyini və imicini gücləndiriləcək.
Bu sözləri Azərbaycanın Baş naziri Novruz Məmmədov Milli Məclisdə çıxışı zamanı deyib.
Novruz Məmmədov əlavə edib ki, "Xəzər Dəniz Gəmiçiliyi"ndə 500 tondan artıq yük tutan 260 gəmi var.
Onun sözlərinə görə, hesabat ilində dəniz yükdaşıma və nəqliyyat parkının genişləndirilməsi nəzərdə tutulub. O cümlədən 50 yük avtomobilli gəminin tikintisi nəzərdə tutulur.
Baş nazir əlavə edib ki, Azərbaycan təyyarə parkını da genişləndirir və iki hava nəqliyyat vasitəsi alınıb. O cümlədən Bakı Metropoliteninin "Sahil” metrosu təmir edilib və yeni metro stansiyalarının tikintisi aparılır
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























