• $
  • €
  • ₽
  • ₺
  • £

“Əziyyət çəkmədik, asanlıqla çıxardıq” - Soyğunçu xalaoğlunun səmimi etirafları

“Əziyyət çəkmədik, asanlıqla çıxardıq” - Soyğunçu xalaoğlunun səmimi etirafları
15.03.2019 12:57
Şəmkirdə oğurluqla məşğul olan dəstə saxlanılıb.

Anews.az ARB TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakini Hacı Hacıyev ötən il mayın 5-də rayon polis şöbəsinə ərizə ilə müraciət edərək mayın 4-ündən 5-nə keçən gecə qardaşı Bəxtiyar Hacıyevə məxsus mənzildə oğurluq törədildiyini bildirib. Əməliyyat axtarış tədbirlərinə başlayan Şəmkir polisi, nəhayət, bu ilin mart ayında oğurluq edən şəxslərin kimliyini müəyyən edə bilib. Məlum olub ki, cinayəti zərərçəkənin yaxın qohumu 48 yaşlı Afiq Hacıyev və onun həmkəndliləri törədib.

Mehrab Məmmədov - Baş müstəntiq: "Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxslərin Şəmkir rayonunun Təzəkənd kənd sakinləri, əvvəllər qəsdlə adam öldürmə maddəsi ilə məhkum olunmuş Alyarov Afqan Yaqub oğlu, Hacıyev Afiq Rafiq oğlu və Xəlilov İsmət Yusif oğlunun olması müəyyən edilib. 13 mart 2019-cu il tarixdə hər üç şəxs şübhəli şəxs qismində tutularaq Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə təhvil verilib".

Oğurluq yolla əldə edilən qiymətli əşyaların biri tapılaraq maddi sübut kimi tanınıb. Dəstənin ən kiçik üzvü 27 yaşlı İsmət Xəlilov cinayəti bir neçə gün əvvəldən planlaşdırdıqlarını və oğurluqda gözətçi kimi iştirak etdiyini deyib.

İsmət Xəlilov - Saxlanılan şəxs: "Təklif etdi ki, belə bir ev var, boşdur. Mənə demədi ki, xalam oğlunun evidir. Bilmirdim. Mənə dedilər ki, qıraqda gözlə, sənlik heç nə yoxdur. Bunlar girdilər içəri, bir saat sonra çıxdılar. Əşyaları iki evin arasına yığdılar. Sonra mənə Əfqan 80 manat verdi ki, sən get, sənlik iş yoxdur. Mən də çıxıb gəldim".

Ev sahibinin xalası oğlu Afiq Hacıyev də qohumunun evini qarət etdiklərini səmimi etiraf edib. O, əvvəllər xalası oğlunun evində usta kimi çalışdığını bu səbəbdən də qiymətli əşyalarının yerini müəyyən etməkdə çətinlik çəkmədiklərini bildirib.

Afiq Hacıyev - Saxlanılan şəxs: "İki gün, üç gün gedib baxdıq, gördük işıq yanmır, heç kim yoxdu. Orada istixana vardı. Gördük orada da heç kim yoxdur. Arxayın olduq, qapını açıb içəri girdik. Sol tərəfdə otaqda əşyalar yığılmışdı. Əziyyət çəkmədik, asanlıqla çıxardıq".

Cinayətin təşkilatçısı hesab edilən Əfqan Alyarov da ortaqları ilə həmfikir olduğunu deyib. Hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. Onların bu kimi başqa cinayətlərdə əlinin olub-olmaması istintaq yolu ilə araşdırılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol