Bakı metrosunda bomba həyacanı

Bakı metropoliteninin “Sahil” stansiyasında bomba həyəcanı yaşanır. Hadisə şahidlərinin Musavat.com-a verdiyi məlumata görə, naməlum şəxs polisə zəng edərək, metro stansiyasına partlayıcı qoyulması ilə bağlı məlumat verib. Bundan sonra “Sahil” stansiyasına polis əməkdaşları, təcili tibbi yardım briqadaları, Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib.
Hazırda stansiyada axtarış işləri aparılır. Bakı şəhər hüquq-mühafizə orqanlarının əməkdaları hadisə yerindədirlər.
APA isə xəbər yayıb ki, Bakıda “Sahil” metro stansiyasına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub. Polis və FHN əməkdaşları əraziyə baxış keçiriblər. Ərazidə heç bir şübhəli əşya aşkarlanmayıb.
Qaynar.info
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























