• $
  • €
  • ₽
  • ₺
  • £

Toya gedərkən dəhşətli qəzada ölən qardaşlarla bağlı YENİ FAKTLAR - VİDEO

Toya gedərkən dəhşətli qəzada ölən qardaşlarla bağlı YENİ FAKTLAR - VİDEO
29.05.2020 09:27
Ötən gün Sumqayıtda baş verən dəhşətli yol qəzasında ölən qardaşlar bu gün dəfn ediləcək.

Publika.az xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində "Hyundai Elantra” markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobilinin "KamAZ" markalı 09 BL 969 nömrəli yük maşınına çırpılması nəticəsində ölən 1998-ci il təvəllüdlü Zəkiyev Vahid Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu bu gün Balaxanı qəsəbə məzarlığında torpağa tapşırılacaq.
Məlumata görə, Zəkiyev qardaşları "Rent a car”dan avtomobil icarə götürərək Quba rayonuna Vahidin əsgər yoldaşının toyunda iştirak etmək üçün yola çıxıblar. Avtomobil Tağıyev qəsəbəsində hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq qarşıdan gedən yük maşınına çırpılıb. Hadisə vaxtı Mikayıl və Vahid yerindəcə keçinib. 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan Publika.az-a bildirilib ki, Fərid Zəkiyev artıq evə buraxılıb.

Digər məlumata görə, dəhşətli hadisədə vəfat edən Mikayıl Zəkiyev Türkiyədə Yıldırım Bəyazid Universitetinin mzunudur. O, motosiklet və tatuaj həvəskarı olub. Vahid isə yenicə işə qəbul olubmuş. Əslən Quba rayonundan olan qardaşları Bakı şəhər Balaxanı qsəbəsində böyüyüblər və bu gün saat 12-də qəsəbə məzarlığında dəfn ediləcəklər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol