• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Şahindən əfv sərəncamı ilə bağlı açıqlama

Hacı Şahindən əfv sərəncamı ilə bağlı açıqlama
18.03.2019 12:38
"Azərbaycan dövlət-din münasibətlərində özünəməxsusluğu ilə hər zaman seçilib. Ölkə başçısı tərəfindən də mütəmadi olaraq belə humanist addımlar atılır və əfv sərəncamları imzalanır”
Bunu "Qafqazinfo”ya açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənli prezidentin əfv sərəncamının bir qrup dindara da şamil olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu dəfəki əfv sərəncamının əhatə dairəsi daha geniş idi: "Bayram ərəfəsində belə bir əfv sərəncamının verilməsi çox sevindiricidir. İnsanlar öz ailələrinə qovuşur. Bu sevinci də görməmək mümkün deyildi. Bunlar həm də cəmiyyətdə radikallaşmanın qarşısını alan bir addımlardır. Belə humanist addımlar insanları hansısa qırğın yaradan düşüncələrdən uzaqlaşdırır, onları barışa dəvət edir. Ona görə də hər bir halda belə əfvlər təqdirəlayiqdir. İnanclı insanların sayının bu dəfəki əfv sərəncamında çox olması müsbət bir haldır. Ona görə də, sərəncam inanclı insanlar tərəfindən çox yüksək dəyərləndirilir”.

İlahiyyatçı həmçinin bir qrup dindarın əfv edilməsi üçün Şeyxülislam Hacı Allahşükür Paşazadənin prezidentə müraciət etməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, əfv sərəncamlarının imzalanması səlahiyyəti müstəsna olaraq cənab prezidentə aiddir: "Şeyx həzrətləri də Əfv Komissiyasının üzvü kimi təkcə inanclı insanlarla bağlı yox, ən müxtəlif məhbuslarla bağlı ərizələrin komissiyaya təqdim olunması üçün vasitəçi olur. Həmin məhbusların əfv edilməsi ilə bağlı prezidentə müraciət edir. Təbii ki, məhbuslar və onların valideynləri Qafqaz Müsəlmanları İdarəsinə də müraciət edir. Bir cəzaçəkmə müəssisəsində tədbir keçirilmişdi. Bu zaman bir neçə məhbus mənə yaxınlaşdı. Onlar əfv üçün müraciət etmək istədiklərini bildirmişdilər. Biz də o istiqamətdə məhbuslara müəyyən məsləhətlərimizi verdik. Bu birbaşa şeyxin Əfv Komissiyasına müraciəti vasitəsilə həyata keçirilib. Elə hallar da olur ki, məhbuslar əfv müraciətlərinin şeyx həzrətlərinə çatdırılması üçün müraciət ediblər. Mən də o müraciətlərin şeyx həzrətlərinə çatdırılmasında əlimdən gələni etmişəm”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol