• $
  • €
  • ₽
  • ₺
  • £

Əfv sərəncamı ilə azadlığa çıxan və bağışlanan eks məmurlar - SİYAHI+FOTOLAR

Əfv sərəncamı ilə azadlığa çıxan və bağışlanan eks məmurlar - SİYAHI+FOTOLAR
18.03.2019 15:35

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncam nəticəsində 399 nəfər azadlığa buraxılıb. Sərəncam 431 nəfərə şamil olunub. Azadlığa çıxanların arasında keçmiş Səhiyyə naziri Əli İnsanov da var.

Anews.az Big.az-a istinadn əfv sərəncamı ilə azadlığa çıxan və bağışlanan eks məmurları təqdim edir:
Əfv sərəncamı ilə azadlığa çıxan və bağışlanan eks məmurlar - SİYAHI+FOTOLARKeçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. Sabiq səhiyyə naziri Əli İnsanov bu il martın 16-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. O, azadlığa Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindən çıxıb.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev

Əfv sərəncamı ilə azadlığa çıxan və bağışlanan eks məmurlar - SİYAHI+FOTOLARO, 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.

"Azpetrol" şirkətinin keçmiş sahibi Rafiq Əliyev

Əfv sərəncamı ilə azadlığa çıxan və bağışlanan eks məmurlar - SİYAHI+FOTOLARO, 2005-ci ildə korrupsiya və vəzifə saxtakarlıqları ittihamı ilə həbs olunub. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Rüfət Səfərov

Əfv sərəncamı ilə azadlığa çıxan və bağışlanan eks məmurlar - SİYAHI+FOTOLARZərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi və Müdafiə Nazirliyinin keçmiş sözçüsü Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov rüşvət almaqda günahlandırılaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrum edilib.

Keçmiş baş nazirinin müavini Surət Hüseynov

Əfv sərəncamı ilə azadlığa çıxan və bağışlanan eks məmurlar - SİYAHI+FOTOLARAzərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Eks-prezident Ayaz Mütəllibov

Əfv sərəncamı ilə azadlığa çıxan və bağışlanan eks məmurlar - SİYAHI+FOTOLARAyaz Mütəllibov "Eks-prezidentlər haqqında" qanun qüvvəyə mindikdən sonra 2012-ci ilin iyunun 7-si birdəfəlik Azərbaycana qayıtdı.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol