• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramqabağı nəqliyyatın qiyməti artacaqmı?

Bayramqabağı nəqliyyatın qiyməti artacaqmı?
18.03.2019 16:34
Novruz bayramı qabağı sərnişinlərin daşınmasına tələbat artır. Bayramqabağı sosial mediada rayonlara gedən avtobusların bahalaşması ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu dönəmdə ən çox da tələbələr bölgələrə üz tuturlar. Yeni ili ailələri ilə qarşılamağı kim istəməz ki? Bəs qiymətlər necə olacaq? Bayramqabağı qatar, avtobus qiymətlərində artım olacaqmı?

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katib Sevinc Qədimova bizimyol.info-ya bildirib ki, Bakı-Tbilisi-Bakı və Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına tələbat artıb: "Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysə tələbat artsa da, qiymətlər dəyişməyib.

Amma Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova bizimyol.info-ya bildirib ki biletlərin qiymətlərində dəyişiklik müşahidə olunmayacaq: "Sərnişin sıxlığı ilə bağlı reyslərin saatlarında dəyişiklik ola bilər. Sərnişinlərin daşınmasına artan tələbatı qarşılamaq üçün əlavə avtobuslar ayrılıb. Əvvəlki günlərə nisbətən martın 16-ı və 17-də sərnişin sıxlığı artıb, 450 reysimiz olub.

Bakı-Gəncə, Bakı-Tərtər, Bakı-Quba-Qusar istiqamətində sərnişinlərin daşınmasına tələbat artıb”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol