• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı gecəsi “qan çanağı”na döndü: üç bıçaqlanma - VİDEO

Bakı gecəsi “qan çanağı”na döndü: üç bıçaqlanma - VİDEO
19.03.2019 09:57
Gecə saatlarında paytaxtın Nəsimi rayonu, Xətai küçəsi 10-da bıçaqlanma hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, 1967-ci il təvəllüdlü Fərəcov Mayıl Çingiz oğlu şəxsiyyəti hələlik məlum olmayan qohumu tərəfindən bıçaqlanıb. 

Yaralı 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. Ona sağ kürək nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir. 

Analoji hadisə paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı 2 ünvanında baş verib. 

1995-ci il təvəllüdlü Mirbalazadə Mirağa Mirbala oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. 

Təcili 1 saylı Şəhər Klinik Mərkəzə yerləşdirilib. Ona, döş qəfəsinin deşilmiş kəsilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırki vəziyyəti orta ağırdır. 

Gecənin üçüncü bıçaqlanma hadisəsi isə Müşfiq qəsəbəsində baş verib. 

1985-ci il təvəllüdlü Ağayev Rəşid Fərman oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. 

Qeyd edək ki, Ağayev Rəşid taksi sürücüsü kimi fəaliyyət göstərir. Onu bıçaqlayan şəxs də sərnişini olub. 

Hər üç hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. 

Faktla bağlı araşdırmalar aparılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol