• $
  • €
  • ₽
  • ₺
  • £

Afətin mahnısına görə işdən çıxarılan tibb bacısı danışdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

Afətin mahnısına görə işdən çıxarılan tibb bacısı danışdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
19.03.2019 13:12
Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Rayon Xəstəxanasının beş əməkdaşı işdən çıxarılıb.

BiG.AZ xəbər verir ki, məsələni araşdırmaq üçün Şəkiyə getməyə hazırlaşan aparıcı Tarix Əliyev (Tolik) son anda bu fikrindən daşınıb. Buna səbəb isə tibb bacıları ilə bağlı başqa videoların da üzə çıxması olub. Bu haqda aparıcı Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində məlumat verib. O, sözügedən videoda yer alan tibb bacılarından biri İlahə İsrafilovanı canlı yayıma qoşaraq məsələnin əsl səbəbini aydınlaşdırmağa çalışıb.

İ.İsrafilova Tolikin "Məndə olan məlumata görə, bu video sizin Şəki Mərkəzi Rayon Xəstəxanasında çəkilən ilk videonuz deyil. Siz ayrı-ayrı günlərdə iş vaxtı bu tipli məzəli videolar çəkmisiniz. Bu hal mütəmadi olaraq təkrarlanıb. Ona görə də rəhbərlik sizi işdən azad edib" sözlərinə belə cavab verib:

"Rəhbərlik bizi otağına çağırdı, bizə bildirildi ki, işdən məhz Afət Fərmanqızının "Pəncü-şeş" mahnısına oynadığımıza görə çıxarılırıq. Baş həkim Elçin Əmirov dedi ki, videoda bir-birimizə sillə vurmuşuq. Bu isə mədəniyyətsizlikdir. Həm də bu mahnı qadağan edilib".

Qeyd edək ki, baş həkim Elçin Əmirov 6 mart 2019-cu il tarixində Şəki Mərkəzi Rayon Xəstəxanasının 5 işçisini işdən azad edib. Buna səbəb isə 3 xadimə, 2 tibb bacısının xəstəxanada məzəli video çəkərək bir-birilərinə sillə vurmaları olub. Tibb bacılarının adları - İlahə İsrafilova, Mirvari Salamova, xadimələr -Zaharova Arzu, Ruhəngiz Səmədovadır. Digər xanımın həyat yoldaşı isə efirdə xanımının adının çəkilməsinə icazə verməyib. Azad olunan şəxslərdən biri Mirvari Salamovanın 40 ildir ki, həmin xəstəxanada tibb bacısı işlədiyi bildirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol