• $
  • €
  • ₽
  • ₺
  • £

“Araz” marketlər şəbəkəsində üzərində erməni dilində yazılmış məhsullar satılır

“Araz” marketlər şəbəkəsində üzərində erməni dilində yazılmış məhsullar satılır
19.03.2019 17:28
Bakıda satılan məhsulun üzərində yalnız erməni dilində məlumatların yer alması istehlakçıları qəzəbləndirib və onlar bu barədə Azad İstehlakçılar Birliyinə məlumat veriblər.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Eyyub Hüseynov deyib ki, daxil olan vətəndaş müraciəti əsasında Nəsimi rayon ərazisində yerləşən "Araz” supermarketlər şəbəkəsində olub və mövcud vəziyyəti öz gözləri ilə görüb. Həqiqətən də Rusiya istehsalı olan "Liliya” və "Pero” salfetləri üzərində olan məhsul haqqında məlumatlar erməni dilində və digər bir neçə dildə göstərilsə də Azərbaycan dilində göstərilməyib:

"Bizə bu haqda müraciət daxil oldu, hətta müraciət edən şəxs bir neçə dəfə təkid etdi ki, biz həmin adıçəkilən marketdə olaq və vəziyyəti özümüz müşahidə edək. Bizə həmin marketdən bir neçə dənə də nümunə gətirmişdilər. Lakin market rəhbərliyi dedi ki, məhsulun üzərinə Azərbaycan dilində xüsusi yapışqan kağızlar (stiker) yapışdırılıb. Ortada anlaşılmaz və təzadlı vəziyyət var idi. Biz özümüz getməli olduq və həqiqətən də vəziyyət vətəndaşın qeyd etdiyi kimi idi. İstehlakçıların hüquqları haqqında qanun və Azərbaycan dili haqqında qanunun pozuntusu halı var idi. Biz şirkət rəhbərliyinə bu barədə təkrar məlumat verdik”.

"Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova isə qeyd edib ki, market həmin şirkət qarşısında iki tələb qoyub və əməkdaşlığı dayandırıb.

Tələblərdən biri erməni dilinin məhsul üzərindən çıxarılmasıdır, növbəti tələb isə Azərbaycan dilində məhsul haqqında məlumat daxil ediləcəkdir. Tələblərə əməl edilsə əməkdaşlıq yenidən bərpa ediləcək, əməl edilməyəcəyi təqdirdə isə əməkdaşlıq həmişəlik dayandırılacaq”.(bizimyol.info)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol