Çiskin axşama kimi davam edəcək

Yazın gəlişini qeyd etsək də bir neçə gündür Bakıda hava qeyri-sabit keçir.
"Qafqazinfo” xəbər verir ki, bu gün də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı gözlənilir. Səhər saatlarından müşahidə edilən yağışın axşama kimi davam edəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























