Zakir Qaralov Goranboydakı qətliamdan danışdı

Baş prokuror Zakir Qaralov Goranboyda baş verən dəhşətli qətl hadisəsinə münasibət bildirib.APA-nın məlumatına görə, Zakir Qaralov jurnalistlərə açıqlamasında hadisəni törədən şəxsin tutulduğunu deyib: “Ötən gün Goranboy rayonunda belə faciəvi hadisə baş verib. Bu barədə müavinim mənə gecə məlumat verdi. Baş Prokurorluğun məsul əməkdaşları hadisə yerinə ezam olunub. Cinayət hadisəsi ailə zəminində törədilib. Hadisəni törədən şəxs tutulub və istintaq operativ şəkildə həyata keçirilir”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























