• $
  • €
  • ₽
  • ₺
  • £

Bu bazarlarda bahalaşma gözlənilir

Bu bazarlarda bahalaşma gözlənilir
20.03.2019 15:17
2019-cu ilin fevralında avtomobil bazarı üzrə təklif partfelində avtomobillərin sayı 1738 ədəd olub, orta qiymət isə 48 120 manat təşkil edib.


Bu sözləri Axar.az-a açıqlamasında "MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.


"Avtomobil bazarında fevral ayı ərzində qiymət artımı 8,75 faiz olub. Kiçik həcmli, yəni 2 litrə qədər olan avtomobillərin qiymətində 2,15 azalma olub. Mühərrik həcmi 2-3 litr arasında dəyişən avtomobillərin qiymətində 10 faiz, 3 litrdən böyük olan avtomobillərdə isə 7.8 faiz bahalaşma qeydə alınıb”, - ekspert bildirib.


N.İbrahimov daşınmaz əmlak bazarındakı ümumi vəziyyəti də dəyərləndirib:


"Təkrar mənzil bazarında fevral ay ərzində 1,72 faiz azalma, il ərzində isə 2,59 faiz artım olub. İlkin mənzil bazarında 1,16 faiz azalma, il ərzində 7,72 faiz artım olub. Torpaq bazarında ay ərzində 0,3 faiz, il ərzində 1,5 faiz artım qeydə alınıb. Mənzillərin kirayəsi bazarında ay ərzində 1,75 faiz, il ərzində isə 9,77 faiz bahalaşma baş verib”.


Ekspert obyektlərin satışı bazarında fevralda 0,67 artım, il ərzində isə 2,13 faiz azalma müşahidə edildiyini deyib:


"Obyektlərin icarəsi bazarında ay ərzində 3,43, il ərzində isə 12,09 bahalaşma baş verib. Həyət və bağ evlərində isə ay ərzində 4,41 faiz artım, il ərzində 5,22 faiz azalma qeydə alınıb. Tikinti materialları bazarında ay ərzində 0,17 ucuzlaşma, il ərzində isə 1,45 faiz bahalaşma olub”.


Ekspert il ərzində yaşayış və torpaq bazarında 5-6 faiz civarında bahalaşma gözlənildiyini bildirib:


"Artım əsasən yaz aylarında və ilin sonunda, yəni sentyabr, oktyabr, noyabr aylarında olacaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol