• $
  • €
  • ₽
  • ₺
  • £

“Qız övladlarınıza nəzarət edin”: Bakıda naməlum elan – FOTO

“Qız övladlarınıza nəzarət edin”: Bakıda naməlum elan – FOTO
20.03.2019 18:34
Sosial şəbəkələrdə yayımlanan elan ciddi müzakirələrə səbəb olub.
Belə ki, mənbəyi və kimin tərəfindən yazıldığı məlum olmayan elanda valideyinlərə səslənilir, onların qız övladlarına nəzarət olunması xəbərdarlığı edilir. Hətta qeyd edilir ki, müəyyən yerlərdə gənc və azyaşlı qızlar oğlanlarla görüşür, onlara kirayə evlər verilir və s.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, bu kimi mənbəyi məlum olmayan elanların yayılması qadınların qısqanılmasına, selektiv abortların sayının artmasına gətirib çıxardır:
 

Mehriban Zeynalova
"Belə elanlar olur və bu zaman Daxili İşlər Nazirliyi buna diqqətlə yanaşır. Mətbuatda, sosial şəbəkədə yayımlanan məsələni isə dərhal nəzarətdə saxlayırlar. Lakin mən bu cür xəbərdarlıqlardan, elanlardan narahatam. Bu kimi elanlar qadınların qısqanılmasına gətirib çıxardır. Hətta deyərdim bu məqsədyönlü və düşünülmüş variantlardır.
Qız uşaqlarınızı məhdudlaşdırın, onları heç yana buraxmayın. Bu qadınların qərarqəbuletmə imkanlarını məhdudlaşdıran addımlardır. Əgər real təhlükə varsa, onu yazıb ora yapışdıran adam zəng etməlidir Daxili İşlər Nazirliyinə, yaxud qadın Qeyri-Hökumət Təşkilatlarına. Bu cür mənbəyi məlum olmayan elanlar narahatçılıq və şübhə doğuran məsələdir.

Elə hadisələr olub ki, gənc qızları müəyyən yollara cəlb ediblər. Lakin bu vətəndaş bu əməli bilirsə və bunu gizlədirsə, demək ki, o vətəndaş da o əməldə iştirak edir. Belə olan təqdirdə qızlara qarşı qısnamanın yaranmasının şahidi olacağıq. Sonra selektiv abortlarının sayının artmasının şahidi olacağıq. Bu da qız uşaqlarının sayının azalması ilə nəticələnəcək, onların təhsildən yayınmasına gətirib çıxardacaq”.
Bizimyol.info-ya danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlham Babayev isə qeyd edib ki, məsələ araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol